• cümə axşamı, 25 aprel, 00:58
  • Baku Bakı 19°C

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

21.01.21 11:15 426
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundanAPA-ya bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

banner

Oxşar Xəbərlər