Şabranda qadın itkin düşüb - Ailəsi onu axtarır

Şabranda qadın itkin düşüb - Ailəsi onu axtarır

Kriminal
19 İyun 2019, 11:09 337
Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə məlumat verilib.

Dadaşova Nuranə Ədalət qızının əlamətlərinə gəlincə, bildirilir ki, boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə - 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.