• cümə, 26 Aprel, 16:15
  • Baku Bakı 23°C

Şabranda "Prado" yandı

03.01.17 19:24 892
Şabranda "Prado" yandı
Bakı-Quba yolunda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində "Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:13-də başa çatıb.
banner

Oxşar Xəbərlər