• cümə axşamı, 25 aprel, 16:06
  • Baku Bakı 23°C

Şabran və Siyəzəndə 459 hektar ərazi yanıb

26.07.13 08:05 1348
Şabran və Siyəzəndə 459 hektar ərazi yanıb
Siyəzən rayonunun Yenikənd, Yenibulaq kəndləri yaxınlığında başlayan yanğın Şabran rayonunun Ağbaş kəndinə qədər davam edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, əraziyə Şabran və Siyəzən rayonlarının Dövlət Yanğın Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi cəlb olunub. Gecə saatlarında yanğının qarşısı tam alınıb. Ətraf kəndlərdə yaşayan sakinlərə ziyan dəyməyib. Yaxınlıqdakı meşə zolağı da yanğından mühafizə olunub. Yanğın ümumilikdə, 459 hektar ərazini əhatə edib. Yanan ərazi Şabran və Siyəzən rayon bələdiyyələrinə məxsusdur. Əhali həmin yerdən mal-qara otarmaq üçün istifadə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər