AZE | RUS | ENG |

“Sabitlik və inkişaf” düsturu region dövlətlərin də inkişafına zəmin yaradıb

“Sabitlik və inkişaf” düsturu region dövlətlərin də inkişafına zəmin yaradıb
Siyasi ekspert: İctimai-siyasi sabitliyin təmin olunması dövlətimizin əldə etdiyi nailiyyətlərin təməlini təşkil edir

Müasir dünyada təhlükəsizliyin və ictimai-siyasi sabitliyin təmin olunması dövlətin və hakimiyyətin gücünün, nüfuzunun, siyasi idarəçilik sisteminin möhkəmliyinin başlıca göstəricisi sayılır. Bu baxımdan, Azərbaycanda Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təhlükəsizlik və ictimai-siyasi sabitliyin tam təmin olunması dövlətimizin digər sahələrdə əldə etdiyi nailiyyətlərin təməlini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, bu gün nəinki Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində və digər qaynar nöqtələrdə baş verən qarşıdurmaların xalqların həyatında böyük faciələrə səbəb olduğunu, dövlət idarəçilik sistemlərini çökdürdüyünü, terrorizmə, silahlı qarşıdurmalara rəvac verdiyini müşahidə edirik, eyni zamanda, artıq inkişaf etmiş ölkələrdə də sabitliyin pozulduğunu, dövlətin inkişafına, birgəyaşayış prinsiplərinə ciddi ziyan dəydiyini görürük. Bu baxımdan, Azərbaycan Prezidentinin hələ 15 il əvvəl öz hədəflərini elan etməsi, sabitlik və inkişafın dövlətimizin və xalqımızın öz hədəflərinə çatması üçün yeganə yol olduğunu önə çəkməsi dövlətimizin başçısının olduqca geniş və uzaqgörən strateji baxış bucağına malik olduğunun sübutudur. Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat layihələri, əldə etdiyimiz bütün nəticələr məhz ölkəmizdə təhlükəsizliyin və sabitliyin tam təmin olunması sayəsində əldə edilib.

Ekspert bildirib ki, "sabitlik və inkişaf” düsturu təkcə ölkəmizin deyil, Azərbaycanla əməkdaşlıq edən digər region dövlətlərinin də inkişafına zəmin yaradıb. Bu baxımdan, Azərbaycan həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlıq formatları çərçivəsində sabitlik amilini önə çəkməklə regional və subregional təhlükəsizliyə öz böyük töhfəsini verib. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması da Xəzərin sülh, əmin-amanlıq, təhlükəsizlik dənizinə çevrilməsi, hövzə dövlətləri arasında əməkdaşlığın, etimadlı münasibətlərin təmin edilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada Azərbaycanın mövqeyi əksini tapıb. Bu, şübhəsiz ki, Azərbaycanın çox böyük uğurudur. Çünki hələ bir neçə il əvvəl bəzi hövzə dövlətlərinin Xəzərin hüquqi statusu ilə bağlı nümayiş etdirdikləri ziddiyyətli mövqe bu mühüm məsələnin qısa bir zaman ərzində həllini tapa biləcəyinə ümid yeri qoymurdu. Bu ziddiyyətlərin aradan qaldırılmasında, qarşıdakı maneələrin həm də Azərbaycanın maraqlarını təmin etməklə keçilməsində dövlətimizin başçısının müstəsna xidmətləri var. Əldə olunan nəticə isə bütün hövzə dövlətlərinin əməkdaşlığı, regionun təhlükəsiz inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə E.Mirzəbəyli qeyd edib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896