• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

Sabirabadlılar pulsuz müayinə olundu Fotolar

24.05.13 14:37 2135
Sabirabadlılar pulsuz müayinə olundu Fotolar
Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə keçən həftə Saatlı rayonunda xeyriyyə aksiyası keçirilib.
Tibb Universitetinin mətbuat katibi Günel Aslanovanın verdiyi məlumata görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada stomatoloq, ginekoloq, oftalmoloq, pediatr, kardioloq, nevropatoloq, dermatoloq, onkoloq, endokrinoloq və cərrah ixtisaslı həkimlər iştirak ediblər. Tibb işçiləri Saatlının Varxan, Nəriman kəndlərində əhalini pulsuz müayinə ediblər.
Bu xeyriyyə aksiyasında iştirak etmək üçün rayonun Dəllər, Yeni Novruzlu, Musalı kəndlərindən də gələnlər olub. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.
Bu gün isə xeyriyyə aksiyası Sabirabad rayonunda davam etdirilib. Aksiya səhər saat 11:00-dan başlanılıb. Müayinələr rayonun Yolçubəyli və Qasımbəyli kəndlərində aparılıb. Rayon əhalisini doktorlar Hüseyn Qabulov (II uşaq xəstəlikləri kafedrası), Fərid Məmmədbəyov (Nevrologiya və tibbi genetika kafedrası), Ass. Qəni Seyidov (I daxili xəstəliklər və reanimatologiya kafedrası, kardioloq), Ass. Müjgan Talıbova (II MPF Daxili xəstəliklər kafedrası), Ass. Mətanət Pənahova (I uşaq xəstəliklər kafedrası USM), Ass. Qabil Zülfiyev (Göz xəstəlikləri), Ass. Müşfiq Həsənov (Ümumi cərrahiyyə), Ass.Nüşabə Məmmədova (II mama-ginekologiya kafedrası), Ass. Fikrət Namazov (Onkologiya kafedrası) pulsuz müayinə ediblər.

banner

Oxşar Xəbərlər