• cümə, 29 Mart, 12:38
  • Baku Bakı 14°C

Sabirabadda elektron xidmətlərə dair tədbir keçirilib

23.05.14 13:43 1253
Sabirabadda elektron xidmətlərə dair tədbir keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir. İSN-in göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti belə tədbir Sabirabadda keçirilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, Sabirabad və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. Tədbirdə İSN-in nümayəndələri tərəfindən Nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd edib ki, “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İSN-də də elektron xidmətlərin tətbiqi genişləndirilib. Artıq Nazirlik tərəfindən əhaliyə göstərilən 28 xidmət on-line rejimdə həyata keçirilir. Bu isə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. İştirakçılara məlumat verilib ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İSN-in www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
İSN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Fərid Salmanov Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərlə bağlı məlumat verib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi sahibkarlara göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və sair xidmətlərdən on-line rejimində istifadə proseduru nümayiş etdirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi isə elektron xidmətlərin tətbiqinin səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına imkan yaratdığını bildirib, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, İSN tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər