• cümə, 19 Aprel, 22:46
  • Baku Bakı 24°C

Sabirabadda 6 otaqlı ev yanıb

12.08.17 11:10 1246
Sabirabadda 6 otaqlı ev yanıb
Sabirabadda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər