• çərşənbə axşamı, 16 aprel, 23:36
  • Baku Bakı 18°C

Sabiq “Real”lıdan Messi və “Barselona”ya qarğış

13.02.19 14:15 629
Sabiq “Real”lıdan Messi və “Barselona”ya qarğış
"Real”ın sabiq futbolçusu Alvaro Arbeloa "Barselona” və Messiyə münasibətindən danışıb.
Kaspi.az xəbər verir ki, Arbeloa "Barselona”ya məğlubiyyət arzuladığını etiraf edib. O, Messinin oyunundan zövq almadığını da vurğulayıb:
"Mən "Barselona”nın əleyhinə deyiləm, onlara sadəcə məğlubiyyət arzulayıram. Çünki belə olsa, "Real” üçün daha yaxşı olacaq.
İstəyirəm ki, kataloniyalılar Çempionlar Liqasında növbəti mərhələyə adlamasınlar. Belədə əsas rəqiblərdən biri azalacaq. Mən "el kalsiko”nun iştirakçısı olmuşam. Zidanın Luis Enrikenin boynundan necə yapışdığını görmüşəm.
"Barselona”ya hörmət edirəm, həqiqətən də əla komandadır. Onların Messi kimi fantastik futbolçusu var. Lionel Möhtəşəmdir, ancaq onun oyunundan heç vaxt zövq almamışam, ala da bilmərəm.
Ümid edirəm ki, o, tezliklə karyerasını bitirəcək. Bunu görmək üçün günləri sayıram”.
banner

Oxşar Xəbərlər