• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü

24.09.20 21:15 620
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
Bakıda qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.
banner

Oxşar Xəbərlər