Sabiq prezident bəraət aldı
"Barselona”nın
sabiq prezidenti Sandro Rosel bəraət alıb.
Kaspi.az xəbər
verir ki, belə qərarı İspaniya Ali Məhkəməsi verib. Rosel çirkli vəsaitin
yuyulmasında ittiham olunurdu.
O və bu məsələ
ilə bağlı ittiham olunan daha 5 nəfər yetərli dəlillər olmadığı üçün bəraət
alıblar. Sandro 634 gün həbsdə olub.
O, 2010-2014-cü
illərdə "Barselona”nın prezidenti olub.