• cümə axşamı, 18 aprel, 23:19
  • Baku Bakı 21°C

Sabiq prezident ağır xəstəliyə tutulub

20.11.17 13:30 2889
Sabiq prezident ağır xəstəliyə tutulub
"Marsel”in sabiq prezidenti Bernar Tapi ağır xəstəlikdən əziyyət çəkir.
Kaspi.az xəbər verir ki, Tapi xərçəng xəstəliyinə düçar olub. Bu barədə məlumatı 74 yaşlı sabiq futbol funksioneri özü verib. O, kimyaterapiya aldığını bildirib və "Marsel” azarkeşlərinə də təşəkkür edib:
"Səhərlər xəstəliklə mübarizə aparmaq niyyəti ilə oyanıram. Kimyaterapiya çox mürəkkəb prosesdir. Bu prosesin sonu cərrahi müdaxiləyə gətirib çıxarmalıdır.
Mənim qida borumu və mədəmi tamamilə götürə bilərlər. Hansısa məqamda ölümün olması faktı ilə barışmalıyıq. Bu mübarizədən qalib ayrılıb-ayrılmayacağımın isə heç bir əhəmiyyəti yoxdur. Mən çox sakitəm.
"Marsel” azarkeşlərinə təşəkkür edirəm. Onların dəstəyi ən yaxşı kimyaterapiyadır. Bu klubda işləyərkən inanılmaz xoşbəxt anlar yaşamışam. Azarkeşlərin dəstəyi onu göstərir ki, burda nəsə iz qoymuşam, boşuna işləməmişəm”.
Tapi 1986-1994-cü illərdə "Marsel”in prezidenti olub. Onu rəhbərliyi altında "Marsel” 4 dəfə Fransa çempionu olub, Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər