• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

Sabiq müşavir özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb

24.02.18 09:10 413
Sabiq müşavir özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb
ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılanManafort həmçinin 30 milyon dollar məbləğində "çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.
Bundan əvvəl xüsusi prokuror Robert Müllerin istintaq qrupu məhkəməyə Riçard Qeytsin Ukrayna ilə bağlı görüşlərdə iştirak etdiyi və bu barədə məlumatı gizlətdiyinə dair sənədlər təqdim edib.R.Müller həmçinin PolManafortu sabiq Ukrayna prezidenti Vuktor Yanukoviçin hökumətinin maraqlarına lobbiçilik etməkdə günahlandırıb.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında "Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.
banner

Oxşar Xəbərlər