AZE | RUS | ENG |

Sabiq müşavir özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb

Sabiq müşavir özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb
ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində "çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.
 
Bundan əvvəl xüsusi prokuror Robert Müllerin istintaq qrupu məhkəməyə Riçard Qeytsin Ukrayna ilə bağlı görüşlərdə iştirak etdiyi və bu barədə məlumatı gizlətdiyinə dair sənədlər təqdim edib. R. Müller həmçinin Pol Manafortu sabiq Ukrayna prezidenti Vuktor Yanukoviçin  hökumətinin maraqlarına lobbiçilik etməkdə günahlandırıb. 
 
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun  sabiq direktoru Robert Müller ötən ilin mayında "Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176