• cümə axşamı, 28 mart, 17:06
  • Baku Bakı 16°C

Sabiq MTN polkovniki ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib

09.03.18 15:45 766
Sabiq MTN polkovniki ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə V. Güləliyev dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.
İclası martın 16-dək təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.
banner

Oxşar Xəbərlər