AZE | RUS | ENG |

Sabiq məhkumların davası

Sabiq məhkumların davası
Onlardan biri məzara, digəri həbsxanaya yola salınıb

Maştağada törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Xəzər rayonu ərazisində, Albalılıq yaşayış sahəsində tikintisi başa çatmamış evdə baş verib. Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunan Ramin Babayevin odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. Hadisəni qisas məqsədilə törədən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunan Ağamirzə Quliyev tutulub. A.Quliyevdən 1 ədəd "TT" markalı və 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron götürülüb. "Naqan" tipli tapançanın R.Babayevə məxsus olması ehtimal olunur. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906