Sabiq məhkumların davası

Sabiq məhkumların davası

Kriminal
02 Oktyabr 2012, 17:30 953
Maştağada törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Xəzər rayonu ərazisində, Albalılıq yaşayış sahəsində tikintisi başa çatmamış evdə baş verib.
Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunan Ramin Babayevin odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. Hadisəni qisas məqsədilə törədən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunan Ağamirzə Quliyev tutulub. A.Quliyevdən 1 ədəd "TT" markalı və 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron götürülüb. "Naqan" tipli tapançanın R.Babayevə məxsus olması ehtimal olunur. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.