• şənbə, 20 Aprel, 16:55
  • Baku Bakı 23°C

Sabina Babayevadan 3D qrafikalı yeni klip

05.10.13 11:43 2194
Sabina Babayevadan 3D qrafikalı yeni klip
Eurovision təmsilimiz Sabina Babayeva yeni klip çəkdirib. Vaxtilə “Karvan” qrupunun ifa etdiyi “Azərbaycanım” adlı vətənpərvər mahnını yenidən gündəmə gətirən müğənni “Kaspi”nin əməkdaşı ilə söhbəti zamanı artıq çəkilişlərin bitdiyini və klipin yaxın zamanlarda təqdim olunacağını söylədi.
Onun sözlərinə görə, klip Gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə ekranlaşdırılıb: “Klipin çəkilişləri Bakı Media Mərkəzində gerçəkləşib. Klipin rejissorluğunu Vüqar İslamzadəyə həvalə etmişəm”. 3D qrafikanın istifadə olunacağı klipin çəkilişlərində müğənninin imicinin üzərində modelyer Günel Behbudova və vizajist Kristina çalışıb. Bundan başqa, klipin 3D rəssamları Riyad Qasımov, Vüqar Cəlilov, operatoru Zaur Seyidov, monatçısı isə Fuad Quliyevdir. Hələlik sosial şəbəkədəki rəsmi səhifəsində çəkimlərdən bir neçə foto paylaşan Sabina Babayeva “Azərbaycanım” mahnısının oktyabr ayının sonunda təqdim olunacağını söylədi.
Xəyalə
banner

Oxşar Xəbərlər