• cümə axşamı, 25 aprel, 15:37
  • Baku Bakı 23°C

Sabahdan yağıntılar kəsiləcək, amma...

09.01.15 11:48 1087
Sabahdan yağıntılar kəsiləcək, amma...
Yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, güclü cənub-qərb küləyi arabir güclənəcək.
Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, lakin Lənkəran-Astara zonasında arabir yağıntılı olacağı ehtimalı var.
Bölgələrdə də güclü cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər