AZE | RUS | ENG |

Sabahdan yağıntılar kəsiləcək, amma...

Sabahdan yağıntılar kəsiləcək, amma...
Bəzi yerlərdə havanın temperaturu -28 dərəcəyə düşəcək


Yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, güclü cənub-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, lakin Lənkəran-Astara zonasında arabir yağıntılı olacağı ehtimalı var. Bölgələrdə də güclü cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805