• cümə, 29 Mart, 08:57
  • Baku Bakı 5°C

Sabahdan kupçalar “ASAN“da veriləcək - Qiymətlər

21.02.14 16:41 1518
Sabahdan kupçalar “ASAN“da veriləcək - Qiymətlər
Fevralın 22-dən etibarən “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsinə başlanacaq.
APA TV-nin xəbərinə görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, fevralın 22-dən etibarən vətəndaşlar “kupça”ları həm “ASAN Xidmət” mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər: "Mənzillərin ilkin çıxarışlarının verilməsi, o cümlədən fərdi yaşayış evləri, həyət evlərinin təkrar çıxarışlarının verilməsi xidmətə daxil edildi. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu xidməti sabahdan etibarən ASAN xidmət mərkəzlərində həyata keçirəcək".
Mənzillərin sənədləşdirilməsi üçün dövlər rüsumu 30 manatdır. Xidmət haqqı isə müddətdən aslı olaraq dəyişir. 20 günə sənədi almaq istəyənlər 20, 14 günə almaq istəyənlər 30, 7 günə almaq istəyənlər isə 40 manat ödəməlidirlər. Vətəndaşlar 50 kv. metr sahə üçün 12 manat, əlavə hər kv. metrə görə 20 qəpik xidmət haqqı verəcəklər.
banner

Oxşar Xəbərlər