• cümə, 26 Aprel, 08:19
  • Baku Bakı 12°C

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

31.07.17 12:00 1671
Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib.
O qeyd edib ki,Bakı şəhərində məktəbəhazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.azelektron sistemlə ərizələrin onlayn qeydiyyatla aparılacaq: "Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək".
Xatırladaq ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
banner

Oxşar Xəbərlər