• cümə axşamı, 25 aprel, 11:24
  • Baku Bakı 14°C

Sabahdan Bakı-Antalya aviareysi üzrə uçuşlar başlayır

18.05.13 10:20 1862
Sabahdan Bakı-Antalya aviareysi üzrə uçuşlar başlayır
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, uçuşlar ilkin olaraq həftədə bir dəfə - VII günləri saat 11:10-da, iyun ayından etibarən həftədə iki dəfə – II və VII günləri, daha sonra isə həftədə bir neçə dəfə yerinə yetiriləcəyi gözlənilir. Mövsümi xarakter daşıyan Bakı-Antalya aviareysi üzrə uçuşlar oktyabrın 16-dək yerinə yetiriləcək.
Aviaşirkətdən həmçinin bildirilib ki, Türkiyənin sözügedən kurortuna uçuşlar «Boeing-767» təyyarələri ilə həyata keçiriləcək. Hazırda Bakı-Antalya-Bakı aviareysi üzrə bir biletin minimal qiyməti 491 manat təşkil edir.
banner

Oxşar Xəbərlər