AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır

Cəmiyyət
08 Aprel 2021, 15:30 541

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.
Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: "Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".