• çərşənbə, 24 Aprel, 00:33
  • Baku Bakı 14°C

Sabaha olan hava proqnozu

13.11.14 12:14 363
Sabaha olan hava proqnozu
Noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarda isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub rayonlarında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər