• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

Sabaha olan hava proqnozu açıqlanıb

13.01.17 14:30 77
Sabaha olan hava proqnozu açıqlanıb
Yanvarın 14-dəBakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüzşimal-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti ,Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 14-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü,iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
SabahAzərbaycanın rayonlarındahavaəsasən, yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarınayağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdəarabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti,dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
banner

Oxşar Xəbərlər