• cümə axşamı, 18 aprel, 23:45
  • Baku Bakı 21°C

Sabaha da mülayim hava gözlənilir

22.01.14 12:27 1017
Sabaha da mülayim hava gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı gözlənilir. Hava gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz olacaq, axşam isə havanın tutulacağı proqnozlaşdırılır. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində yanvarın 23-də gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam Naxçıvan Muxtar Respublikasında zəif qar yağacağı, Ləkəran-Astara zonasında isə havanın az yağıntılı olacağı ehtımalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər