• cümə, 19 Aprel, 18:02
  • Baku Bakı 24°C

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

17.06.19 11:38 340
Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
İyunun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti,Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti də açıqlanıb. Belə ki, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Arabir güclənən şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)Arabir güclənən şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 18-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər