• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

Sabah Yasamal rayonun bəzi küçələrində suyun verilişi məhdudlaşdırılacaq

29.08.16 17:38 1097
Sabah Yasamal rayonun bəzi küçələrində suyun verilişi məhdudlaşdırılacaq
Sabah Bakının Yasamal rayonun bəzi küçələrində suyun verilişi dayandırılacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C. Hacıbəyli, Ü. Bünyadzadə, Dəmirçizadə, F. Əsədov, C. Zeynalov, Q. Pirimov, Mərdanov qardaşları, S. Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
banner

Oxşar Xəbərlər