• cümə axşamı, 25 aprel, 18:56
  • Baku Bakı 21°C

Sabah yağış yağacaq - Proqnoz

30.10.14 13:20 911
Sabah yağış yağacaq - Proqnoz
Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 31-də gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər