• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Sabah yağış, sulu qar və qar yağacaq

07.02.20 14:30 1260
Sabah yağış, sulu qar və qar yağacaq
8 fevralda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi axşam güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 8-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
banner

Oxşar Xəbərlər