• cümə axşamı, 25 aprel, 14:03
  • Baku Bakı 23°C

Sabah xalq artisti əməliyyat olunacaq

05.02.14 13:53 1181
Sabah xalq artisti əməliyyat olunacaq
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik sabah Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əməliyyat olunacaq. Lent.az-ın məlumatına görə, bir neçə il öncə ürəyindən əməliyyat olunan aktyor, hazırda böyrək kistasından əziyyət çəkir.
Sabah saat 10 radələrində planlaşdırılan laparoskopik böyrək kistasının eksiziyası əməliyyatı 2 saata yaxın davam edəcək. Onun əməliyyatı həkim uroloq Rəşad Məmmədov Fərhad oğlunun rəhbərliyi altında olacaq.
Qeyd edək ki, R.Məlik 2 həftə öncə MNX-na müraciət edib. Xalq artisti müayinə olunub və əməliyyatı lazım bilinib.
banner

Oxşar Xəbərlər