“Sabah” təklif göndərəndə tərəddüd edib
"Sabah”ın yeni baş məşqçisi Jelko Sopiç klubun
saytına açıqlama verib.
Kaspi.az xəbər
verir ki, xorvatiyalı mütəxəssis ölkəmiz, kluba keçidi və gələcək hədəfləri barədə
danışıb:
"Sabah” mənə təklif
göndərdiyi zaman bir qədər tərəddüd etmişdim. Çünki son mövsümdə BƏƏ-nin
"Əl-Əyn” komandasında köməkçi məşqçi kimi çalışırdım və klubun tarixində ilk dəfə
ölkə çempionluğunu və kubokunu qazanmışdıq.
Növbəti il isə
bu klubun U-21 komandası ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq.
Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı.
Daha sonra
"Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən
sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit
ölkədir. Buranın əhalisi çox yaxşı və mehribandır.
"Sabah” gənc
klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparır.
Prezidentlə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin
Premyer Liqadakı hədəfləri məni cəlb etdi.
Bizim əsas hədəfimiz
daha yaxşı nəticələr əldə etməkdi. "Sabah” kimi gənc və hədəfləri olan klubda
çalışmaq mənim üçün yeni çağırışdı. Klubun inkişafı üçün birlikdə mübarizə
aparacağıq.
Uğur üçün bütün
diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid
edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci
yaşayarıq”.