• cümə, 26 Aprel, 06:35
  • Baku Bakı 12°C

Sabah respublikanın bəzi bölgələrində yağış yağacaq

13.11.18 13:08 530
Sabah respublikanın bəzi bölgələrində yağış yağacaq
Ölkə ərazisində noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 11-13° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 4° şaxta, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunungecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-3° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-14° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. . Havanın temperaturunun gecə 8-10° isti, gündüz 12-15° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-8° isti təşkil edəcəyi bildirilir.
Tibbi-meteoroloji proqnoza əsasən noyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər