“SABAH” qruplarının tələbələri ilə görüş keçirilib - Fotolar
Azərbaycan Texniki Universitetinin SABAH
qruplarında təhsil alan tələbələrlə görüş
keçirilib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyi SABAH
qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı
məlumat verərək bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin
keyfiyyətindən, yaradılan şəraitdən söz
açıb.
Görüşdə Şahin
Seyidzadə layihənin qarşıya qoyduğu məqsədlərə
nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlərdən
danışıb, təhsil mühitinin yaxşılaşdırılması, dərs prosesinin xüsusi proqram əsasında
təşkili, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verildiyini
vurğulayıb.
Çıxışlarda qeyd olunub ki, Universitetdə SABAH
qruplarının tələbələri üçün xüsusi auditoriya və resurs otaqları ayrılıb. Tələbələr
dərslərini həmin auditoriyalarda keçir və resurs otağında tədris olunan fənlərə
dair elmi ədəbiyyat mütaliə edir, ev tapşırıqlarını yerinə yetirmək, internetdən
axtarış etməklə səmərəli vaxt keçirirlər.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri ilə
yanaşı AzTU-nun SABAH Mərkəzinin müəllimləri də iştirak ediblər.
Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə
edilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.