• çərşənbə, 24 Aprel, 18:08
  • Baku Bakı 23°C

“SABAH” qruplarının tələbələri ilə görüş keçirilib - Fotolar

07.10.16 17:48 1044
“SABAH” qruplarının tələbələri ilə görüş keçirilib - Fotolar
Azərbaycan Texniki Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.

Tədbirdə iştirak edən Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı məlumat verərək bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən söz açıb.

Görüşdə Şahin Seyidzadə layihənin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlərdən danışıb, təhsil mühitinin yaxşılaşdırılması, dərs prosesinin xüsusi proqram əsasında təşkili, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verildiyini vurğulayıb.
Çıxışlarda qeyd olunub ki, Universitetdə SABAH qruplarının tələbələri üçün xüsusi auditoriya və resurs otaqları ayrılıb. Tələbələr dərslərini həmin auditoriyalarda keçir və resurs otağında tədris olunan fənlərə dair elmi ədəbiyyat mütaliə edir, ev tapşırıqlarını yerinə yetirmək, internetdən axtarış etməklə səmərəli vaxt keçirirlər.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri ilə yanaşı AzTU-nun SABAH Mərkəzinin müəllimləri də iştirak ediblər.

Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

banner

Oxşar Xəbərlər