• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

Sabah "Qəbələ" çempionatın rekordunu qıra bilər

14.10.16 19:03 1276
Sabah "Qəbələ" çempionatın rekordunu qıra bilər
Topaz Premyer Liqasının I dövrəsində ən diqqətçəkən məqamlardan biri "Qəbələ”nin və qapıçısı Dmitri Bezotosnının ardıcıl 7 görüşdə qol buraxmaması oldu. Apasport.az saytının məlumatına görə, ötən mövsümün son iki qarşılaşmasında da qol buraxmayan ukraynalı qolkiperin seriyasına müxtəlif istiqamətlərdə yanaşma mümkündü.

Həm şəxsi, həm komanda baxımından quru oyunlar və quru dəqiqələrə nəzər salmaq olar. Üstəlik, həmin rəngarəng göstəriciləri iki yöndə - həm ötən mövsümdən başlayan seriya, həm startdakı uğur kimi dəyərləndirilə, qapıçının ölkəmizdə və ya vətənindəki mövqeyi araşdırıla bilər.

Bu çoxsaylı yanaşmalardan biri üzrə mütləq rekord sabah rəsmiləşə bilər. Söhbət komanda və qapıçının çempionatın startında ilk qolu buraxması ilə bağlıdı.

Ölkə çempionatlarında indiyədək startda ən gec qol buraxan "Xəzər Lənkəran” olub. Cənublular 2010/11 mövsümündə VIII turda ilk qolu buraxıb. Kamran Ağayevi "Bakı”nın futbolçusu Vaqif Cavadov məyus edib. Həmin qol 85-ci dəqiqəyə təsadüf edib.

Bir sözlə, startdakı ən uzun quru seriya 715-ci dəqiqədə qırılıb. Hazırda 7 matçdı qol buraxmayan "Qəbələ” quru oyunlar sayında "Xəzər Lənkəran”a çatıb. Mütləq rekord üçün "qırmızı-qaralar”ın Topaz Premyer Liqasının VIII turunun "İnter”lə sabahkı matçında qapısını toxunulmaz saxlamalıdı.

Quru dəqiqə sayındakı start uğuru üçün isə Bezotosnı oyunun sonlarınadək inamlı oynamalıdı. 85 dəqiqə qol buraxmasa, Ağayevin 6 il öncəki rekordunu arxada qoyacaq.

Qeyd edək ki, sabahkı "İnter” – "Qəbələ” qarşılaşması "İnter Arena”da keçiriləcək
banner

Oxşar Xəbərlər