• çərşənbə axşamı, 16 aprel, 22:33
  • Baku Bakı 18°C

Sabah qar yağacaq - Proqnoz

13.12.14 12:10 1100
Sabah qar yağacaq - Proqnoz
Bakı və Abşeron yarımadasında dekabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə arabir güclənəcək.
havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər