• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

Sabah qar yağacağı gözlənilir

12.03.14 11:05 1270
Sabah qar yağacağı gözlənilir
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
banner

Oxşar Xəbərlər