• cümə axşamı, 25 aprel, 11:45
  • Baku Bakı 14°C

Sabah paytaxtda və bölgələrdə yağmurlu hava olacaq

09.09.16 13:33 861
Sabah paytaxtda və bölgələrdə yağmurlu hava olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti,gündüz 16-21° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər