AZE | RUS | ENG |

Sabah MTN generallarına hökm oxunacaq

Sabah MTN generallarına hökm oxunacaq
Sabiq MTN generallarına hökm oxunacaq tarix məlum olub.
 
APA-nın xəbərinə görə, təqsirləndirilən şəxslərə - ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm sabah elan ediləcək.
 
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə  azadlıqdan məhrum edilməsini istəyib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
 
Onlara Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2-ci (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2-ci (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2-ci (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) və digər maddələri ilə ittihamlar irəli sürülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162