Sabah leysan olacaq, dolu düşəcək
Sabah Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, şimal-qərb küləyi arabir güclənəcək, havanın
temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun
temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində isə (Türkan,
Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun
temperaturu 22-23° isti olacaq.
İyunun 18-də Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 29-34° isti təşkil edəcək. Yuxarı
Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti,
gündüz 15-20° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti
olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək
çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28°
isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti təşkil edəcək.
Sabah Mərkəzi-Aran -
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı
var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə
15-20° isti, gündüz 28-33° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu
düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu
gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°
isti təşkil edəcək.