• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Sabah külək əsəcək, duman olacaq

24.01.21 13:30 645
Sabah külək əsəcək, duman olacaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə,yanvarın 25-dəBakıda vəAbşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 1- 4 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.Atmosfer təzyiqinormadan yüksək767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Yanvarın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyigözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

banner

Oxşar Xəbərlər