• cümə, 26 Aprel, 17:45
  • Baku Bakı 23°C

Sabah havanın temperaturu 42 dərəcəyə yüksələcək

07.08.17 14:40 693
Sabah havanın temperaturu 42 dərəcəyə yüksələcək
Bakıda və Abşeron yarımadasındaavqustun 8-dəhavaşəraitinin günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, zəif şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıqa gəlincə, avqustun 8-9-da Abşeron yarımadasında anomal istihavaşəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında avqustun 8-dəhavaşəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər