• cümə, 26 Aprel, 11:25
  • Baku Bakı 12°C

Sabah havanın temperaturu 42 dərəcəyə çatacaq

17.07.16 12:41 1049
Sabah havanın temperaturu 42 dərəcəyə çatacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavayağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 32-37°, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28° isti, gündüz 36-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər