• cümə axşamı, 25 aprel, 05:32
  • Baku Bakı 19°C

Sabah havanın hərarəti 42 dərəcəyə yüksələcək

20.08.19 15:00 13893
Sabah havanın hərarəti 42 dərəcəyə yüksələcək
Azərbaycanda avqustun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 33-38°, Bakıda gecə 21-23°, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndivə Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimalı var.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
banner

Oxşar Xəbərlər