• cümə axşamı, 25 aprel, 20:13
  • Baku Bakı 21°C

Sabah hava küləkli olacaq, Bakıda çiskinli yağış yağacaq

17.12.17 15:15 2528
Sabah hava küləkli olacaq, Bakıda çiskinli yağış yağacaq
Ölkə ərazisində dekabrın 18-nə gözlənilənhavaproqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Səhər zəif duman olacaq, cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir.
Sabah Naxçıvan Muxtar Respublikasındahavaəsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ - Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Dekabrın 18-də Qazax, Gəncə, Goranboy, Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13° isti olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavaəsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Sabah Mərkəzi-Ara -Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-14° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındahavaəsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-7° isti, gündüz 10-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-11° isti olacağı ehtimal edilir.
banner

Oxşar Xəbərlər