• cümə axşamı, 18 aprel, 23:44
  • Baku Bakı 21°C

Sabah hava belə olacaq

01.08.13 10:22 1243
Sabah hava belə olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 2-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər