• cümə, 19 Aprel, 20:11
  • Baku Bakı 24°C

“Sabah” “dostluq üçün futbol”da təmsil olunacaq

04.04.19 18:39 585
“Sabah” “dostluq üçün futbol”da təmsil olunacaq
"Sabah” Futbol Klubu bu il "Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq. Layihə bu il 7-ci dəfə təşkil olunacaq. Mayın 28-dən iyunun 2-dək, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.
Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off mərhələsinin oyunlarından sonra qalibi müəyyənləşdirirlər.
Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün "Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. "Dostluq üçün futbol” sosial layihəsində kimlərlə təmsil olunacağı barədə klub qarşıdakı günlərdə məlumat verəcək.
banner

Oxşar Xəbərlər