• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq

31.05.16 16:04 1538
Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim MəcidovAPA-ya açıqlamasında deyib ki, sabah bulvarda olan atraksion və karusellərin əksəriyyəti, qatarlar vəhavaşəraiti imkan versə gəmi uşaqların pulsuz istifadəsinə veriləcək.

Onun sözlərinə görə, atraksionlardanpulsuzistifadə15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub: "Uşaqların atraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dəkmümkün olacaq. Belə aksiyalar mütəmadi olaraq keçirilir".
banner

Oxşar Xəbərlər